AVCİYA: Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
11
apr
2018
20:33
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİA) Azərbaycanda bu gün keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb.APA-nın xəbərinə görə, AVCİA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat tərəfindən 4 min müşahidəçi ilə seçki prosesinin monitorinqi təşkil edilib. Müşahidə 3 mərhələdə aparılıb və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb."Bəzi seçki məntəqələrində cüzi texniki çatışmazlıq olub ki, bu, seçkinin nəticələrinə təsir etməyib. AVCİA seçkilərin demokratik, şəffaf, ədalətli keçdiyini, ölkədə ictimai-siyasi vəziyyətin daha sabit və təhlükəsiz olduğunu bildirir", - deyə M, Zülfüqarlı bildirib.M. Zülfüqarlı qeyd edib ki, seçici fəallığı təxminən 65-66 faiz arasında olub.BAKU.WS
Oxşar xəbərlər
“Exit-poll”: İlham Əliyev 86,53 faiz səs toplayıb (YENİLƏNİB)
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezid...