Beynəlxalq simpoziumun ikinci günü panellərlə davam edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhərində "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" mövzusunda keçirilən beynəlxalq simpozium oktyabrın 23-də panel sessiyalarla davam edib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Din təhsili və əxlaqi dəyərlər" mövzusunda panel sessiyası İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Vitriani Vitrianinin moderatorluğu ilə keçirilib. Paneldə Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin professoru Murat Demirkol, Rusiya Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutu Fəlsəfə şöbəsinin müdiri, professor Sergey Melnik, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov, Malayziya İslam Elmləri Universiteti Əsas dillərin tədqiqi fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Hayati İsmail, Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının baş müəllimi Ənvər Mustafayev çıxış ediblər.
Paralel davam edən "Dünyəvi dövlətdə din təhsili" adlı panel Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Abdullah Demirin moderatorluğu ilə baş tutub. Paneldə Şimali Qafqazda dini ənənələr, onların mədəni spesifikliyi və dinlərarası dialoqun müqayisəli tədqiqi üzrə UNESCO kafedrasının bölmə rəhbəri, Qafqaz Xalqları Dostluğu İnstitutunun elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Gülçöhrə Seyidova, Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dosenti Adem Yıldırım, Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova və Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlova çıxış ediblər.
Paralel davam edən "Din təhsilinə müxtəlif yanaşmalar" adlı panel Ankara Universiteti İlahiyyat fakültəsinin İslam məzhəbləri tarixi müəllimi, professor Sönmez Kutlunun moderatorluğu ilə keçirilib. Paneldə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu İslam fəlsəfəsi və dinşünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov, Kırıkkale Universiteti İslam elmləri fakültəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vahdeddin Şimşek, Azərbaycan İlahiyyat İnstitutu rektorunun köməkçisi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Emin Orucov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Panellərdə din təhsili sahəsindəki aktual məsələlər və çağırışlar geniş müzakirə olunub. Panel iştirakçıları din təhsilinin həm əxlaqi və mənəvi dəyərlərin formalaşmasındakı rolu, həm də dünyəvi cəmiyyətlərdə dini təhsilin hüquqi və sosial çərçivələrini müzakirə edərək, bu sahədəki təcrübələr və nəzəri yanaşmaları bölüşüblər. Həmçinin, müxtəlif mədəniyyətlərdə din təhsilinin tarixi və ənənəvi formaları ilə müasir tələblər arasındakı əlaqə və uyğunlaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Simpozium panel sessiyalarla davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvan görüşü - vasitəçisiz etimad quruculuğu prosesi
Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində daha bir əlamətdar hadisə baş verib. İrəvanda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri...
