Beynəlxalq Qan Donorlarının Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO

28
avq
2019
15:21
21-25 avqust 2019-cu il tarixlərində ölkəmizdə Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin layihəsi olan XIX Beynəlxalq Gənclər Forumu keçirilib.“Qan Donorları Assosiasiyası”nın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən olan gənc qan ianəçiləri və bu istiqamətdə fəaliyyət göstərən cəmiyyət nümayəndələri hər il bir araya gələrək qan donorluğu sahəsində olan yenilikləri, eyni zamanda problemləri müzakirə edir.Avqustun ayının 22-də Bakı Konqres Mərkəzində Forumun rəsmi hissəsinin açılışı olub. Rəsmi açılış mərasimində dövlət qurumları ilə bərabər 30-dan çox ölkədən (Danimarka, İtaliya, Danimarka, Portuqaliya, Litva, Latviya, Hollandiya, Norveç, Almaniya, Livan, Hindistan, Gürcüstan və s.) nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının (FİODS) və Beynəlxalq Gənclər Komitəsinin (İYC) rəhbər şəxsləri iştirak edib. Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru nitq sonrası Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovu könüllü qan donorluğunun inkişafında göstərdiyi xidmətlərə görə FİODS-un adından təltif edibdir.Forumun 3-cü günü iştirakçılar yerli və xarici ekspertlər ilə bərabər Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının fəaliyyəti ilə yaxından tanış olublar.Daha sonrakı günlərdə iştirakçılar ölkənin eksport brendlərindən olan “Tovuz Nar Evi” evini ziyarət edib və “Made in Azerbaijan” nişanı altında tanınan yerli məhsularımız ilə tanış olublar.24 Avqust tarixində XIX Beynəlxalq Gənclər Forumunun iştirakçıları Azərbaycanın saxavətli güşələrindən olan Quba rayoununa səfər ediblər. Qubada təşkil olunan təlimlər sonrası Soyqırım abidəsi ziyarət olunub.Forumun son günündə XIX Beynəlxalq Gənclər Forumunun növbəti 3 ilik idarə heyətinin seçgisi keçirilib. Bu seçgidə “Qan Donorları Assosiasiyası”nın xarici əlaqələr üzrə rəhbəri Nərmin Rəhimova növbəti 3 il üçün Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.Beynəlxalq Qan Donorları Təşkilatları Federasiyasının (IFBDO) gənclər qolu kimi 2000-ci ildə yaradılan Beynəlxalq Gənclər Komitəsi dünya üzrə gənclər arasında qan donorluğunun təbliği və təşviqi ilə məşğul olur. IFBDO 1955-ci ildə Lüksemburqda təsis olunub və hal-hazırda dünya üzrə 90 üzv təşkilatı mövcuddur.Forum öz işini uğurla yekunlaşdırıb və növbəti il üçün XX Beynəlxalq Gənclər Forumununun Neapalda keçirilməsi qərara alınıb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində
Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliye...
