Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşada keçirilən konfransa toplaşan dünyanın bir sıra ölkələrinin aparıcı beyin mərkəzlərinin nümayəndələri şəhərin görməli yerləri ilə tanış olublar.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrin aparıcı mütəxəssisləri Şuşa şəhərinin mərkəzi meydanına gələrək qala divarlarına baxış keçirib, Cıdır düzündə gəzintiyə çıxıblar.
Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov onlara Şuşa qalasının yaranma tarixindən danışıb.
Qeyd edək ki, nümayəndə heyəti “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” Beyin Mərkəzlərinin Beynəlxalq Konfransında iştirak etmək üçün bu gün Şuşaya gəlib.
Qalereya
Oxşar xəbərlər
Prezident və xanımı Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğma...