"Beyaz Show" 5 ildən sonra qayıdır - FOTO
20
iyn
2023
20:47
Türkiyəli şoumen Beyazıt Öztürk yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o, canlı efirlərdən birində reytinqli layihəsi olan "Beyaz Show"nun yenidən ekranlara qayıdacağını bildirib.
Proqramın yeniliklərlə dolu olacağını deyən Beyazıt tamaşaçıları maraqlı yarışın gözlədiyini də vurğulayıb.
Şoumen layihənin hansı aydan etibarən yayımlanacağını isə açıqlamayıb.
Xatırladaq ki, "Beyaz Show" ilk dəfə ekranlara 1996-cı ildə gəlib. Həmin ildən 2018-ci ilə qədər fasilələrlə yayımlanıb.
Oxşar xəbərlər
"Aşk-ı Memnu" yeni "Bihter"lə EKRANLARA QAYIDIR - FOTO
Bir zamanlar Türkiyədə yayımlanan və sevilərək izlənən "Aşk-ı Memnu" serialı ekranlara qayıdır. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihənin adı o...