Bəşəriyyəti təhdid edən yeni kosmik hadisə

Bəşəriyyəti təhdid edən yeni kosmik hadisə
Siyasət 7

Urbana-Şampeyndəki İllinoys Universitetinin alimləri kilonova epidemiyasının insan varlığını təhdid edə biləcəyi şərtləri müəyyən ediblər.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri “The Astrophysical Journal”da dərc olunub.

Kilonovalar iki neytron ulduzu birləşdikdə və ya bir neytron ulduzu ulduz kütləsi olan qara dəliklə toqquşduqda meydana gəlir.

Müəlliflər öz məqalələrində LIGO və Virgo qravitasiya dalğası rəsədxanası tərəfindən 2017-ci ildə kəşf edilmiş və qamma-şüa partlaması ilə müşayiət olunan kilonova hadisəsi olan GW170817 kosmik hadisəsini araşdırıblar.

Kompüter modelləşdirməsi belə partlayışlardan qaynaqlanan müxtəlif növ radiasiyanın Yer üçün təhlükə yaratdığı məsafələri göstərib. Məsələn, 16 işıq ili uzaqlıqdan gələn yüksək enerjili qamma şüalarının axını Yer atmosferini ionlaşdıraraq, planeti günəşin ultrabənövşəyi şüalanmasına qarşı həssas qoya bilər.

Qamma şüalarına birbaşa məruz qalma 13 işıq ili məsafəsində təhlükəli ola bilər.

Daha ciddi təhlükə ulduzlararası qaz və tozla toqquşaraq onu qızdıran şok dalğasından qaynaqlanır. Nəticə Yer atmosferini buxarlaşdıra bilən intensiv kosmik şüalardır. Bu senari, Kilonova 40 işıq ilinə qədər məsafədə yerləşərsə həyata keçər. Lakin hazırda 40 işıq ili ərzində yaxın gələcəkdə toqquşa biləcək ikili neytron ulduzları yoxdur.

Son xəbərlər