Bələdiyyə üzvlüyünə seçilənlərin sayı açıqlanıb

26
dek
2019
18:50
Azərbaycanda dekabrın 23-də keçirilmiş seçkilərdə seçilən bələdiyyə üzvlərinin sayı açıqlanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, 15 156 yerə 15 154 nəfər seçilib: “Digər iki namizədin səsi bərabər olduğu üçün onlar seçilməmiş sayılır. Bu istiqamətdə araşdırmalar gedir və yəqin ki, sonda nəticələr dəyişə bilər”.
Oxşar xəbərlər
Bələdiyyə üzvü seçilən qadınların sayı açıqlanıb
Dekabrın 23-də keçirilən bələdiyyə seçkisində qalib gələn qadınların sayı 5882 nəfər təşkil edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu il bələdiyyə seç...