Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bələdiyyə seçkilərində 16 min 96 nəfər namizəd mübarizə aparacaq.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
O qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 625 nəfər seçici var.
MSK sədri onu da əlavə edib ki, bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-dadır. Ölkədə ümumilikdə 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə üzv seçiləcək.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...