Belçikada sel nəticəsində 15 nəfər ölüb, 5 nəfər itkin düşüb
16
iyl
2021
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Belçikada daşqınlar nəticəsində 15 nəfər ölüb, 5 nəfər itkin düşüb.
BAKU.WS “Report”-a istinadən xəbər verir ki, məlumatı iyulun 16-da yerli RTBF telekanalı yayıb.
Bildirilib ki, Belçikanın cənubunda yerləşən Valloni regionunda onlarla yaşayış məntəqəsini, Lyej və Namyur kimi iri şəhərləri su basıb. Onlarla ev dağılıb, minlərlə sakin təxliyə edilib.
Regionun elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb, dəmiryolunun işi iflic olub, avtomobil yolları dağılıb, bir sıra yaşayış məntəqəsinə içməli su verilmir.
Oxşar xəbərlər
Avropada fəlakət - yüzlərlə insan itkin düşdü, ölənlərin sayı durmadan artır - VİDEO
Ötən gündən başlayan daşqın 4 ölkədə həyatı iflic edib və kütləvi insan ölümünə səbəb olub. BAKU.WS “Bild” qəzetinə istinadən xəbər verir ki, güclü yağışlardan...