Belaruslu gənc qadın Taksimi "ər axtarıram" plakatı ilə gəzdi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Taksim ərazisində 19 yaşlı Polina Litvinova adlı belaruslu gənc qadın "ər axtarıram" yazısı ilə diqqətləri üzərinə çəkib.
BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, gənc qadını görən vətəndaşlar sırayla foto çəkdiriblər.
Sosial media hesablarında çəkdirdiyi videoları paylaşmağı da unutmayan gənc qızı görən yerli və xarici turistlər təəccüblərini gizlədə bilməyiblər.
Gənc qızın sosial şəbəkədəki paylaşımı qısa zamanda minlərlə baxış sayına çatıb.
Maraqlı hadisə mobil telefonlar vasitəsilə lentə alınıb.
Polina hərəkətinin tamamilə real olduğunu deyib:
"Soruşurlar ki, niyə belə video çəkirəm. Onsuz da çox diqqət çəkirəm, amma bu zarafat deyil. Mən həqiqətən də yaxşı adam axtarıram ki, mənim qayğıma qalacaq və təhlükəsizliyimi təmin edəcək. Bu üsulla ər tapmaq səhvdirsə, bilmirəm başqa necə tapım. İnsanların ancaq aldadıldığı cütlük tapmaq kimi proqramlar vasitəsilə ər tapmalıyam? Mənə deyin, necə tapmalıyam? Evlənmək istəyən şəxslər bu cür proqramlardan istifadə etməz. Ən azından bu cür şeylərlə vaxt itirməzlər. Ona görə də bu yolu seçdim".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...