Belarus “Şərq Tərəfdaşlığı”ndan çıxdı

Belarus “Şərq Tərəfdaşlığı”ndan çıxdı
Siyasət 91

Belarus Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Aİ tərəfindən Belarusa qarşı bənzəri olmayan məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı təşkilatın Belarusdakı Nümayəndəliyinin rəhbəri Dirk Şubel XİN-ə çağırılıb.

Görüş zamanı suveren və müstəqil dövlətə təzyiq aləti kimi sanksiyaların tətbiq olunmasının tamamilə yolverilməzliyi haqda Belarus tərəfinin qəti mövqeyi Aİ səfirinin diqqətinə çatdırılıb.

Bildirilib ki, Belarus Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır.

Son xəbərlər