Belarus Baş nazirinin müavini Ağdam şəhərinə gəlib

Belarus Baş nazirinin müavini Ağdam şəhərinə gəlib
Foto
Siyasət 63

Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, səfəri çərçivəsində həmsədrlər rayonun Qızıl Kəngərli kəndinin layihələndirilməsi barədə təqdimatla tanış olublar. Kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacağı bildirilib.

Son xəbərlər