Baydenin müşaviri: Azərbaycanın iqlim maliyyələşdirilməsi təşəbbüslərindən məmnunuq
Yeniliklərdən dərhal xəbərdar olun
İki həftə sonra Dünya Bankının iclası zamanı Azərbaycan tərəfi ilə COP29 sədrliyinin təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna dair müzakirələr aparılacaq.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Artıq bu mövzuda danışıqlar aparmışıq. Bu cür təşəbbüsləri alqışlayırıq. Daha zəif inkişaf etmiş iqtisadiyyatlara kömək etmək üçün əlavə resursların cəlb edilməsi məqsədilə birgə səylərin göstərildiyi tərəflərlə təfərrüatlar üzərində hələ də iş gedir", - o bildirib.
Podestanın sözlərinə görə, proses hazırda davam edir və bu, iki həftə sonra Vaşinqtonda, eləcə də sonra noyabrda COP29-da keçiriləcək görüşlər zamanı da baş tutacaq.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...