Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Bayden Ərdoğanı prezident seçkilərində uğur qazanması münasibətilə təbrik edib və nəticələrin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.
Türkiyə-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini bildirən iki lider, yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Türkiyə xalqının seçimi - Kılıçdaroğlu 11-ci dəfə Ərdoğana uduzdu
Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri məlum olub. Rəcəb Tayyib Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb. Beləliklə, Rəc...