Bayden ilk açıqlamasında dünyaya birlik mesajı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün keçirilən andiçmə mərasimindən sonra vəzifə səlahiyyətlərinin icrasına başlayan ABŞ-ın 46-cı Prezidenti Co Bayden amerikalılara müraciət edib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, prezident kimi ilk açıqlamasında birlik mesajı verib.
Bayden bildirib ki, ABŞ-ın qarşılaşdığı problemlərin öhdəsindən birlik olaraq gələ bilərlər:
“Bu gün Amerikada demokratiya qalib gəldi. Mən həm məni dəstəkləyənlər, həm də dəstəkləməyənlər üçün çalışacağam.
Dünya ilə münasibətlərimizi daha da yaxşılaşdıracağıq. Bir-birimizə hörmət etməyə başlayaq. Siyasət alov olmaq məcburiyyətində deyil”.
Oxşar xəbərlər
Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər. BAKU.WS "Report"a istinadən x...