Bayden Hərbi Hava Qüvvələrinin yeni qərargah rəisi olmağa namizədini irəli sürüb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri vəzifəsini tuta biləcək Çarlz Braunun yerinə Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə general Devid Olvinin namizədliyini irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Məlumata görə, Olvinin namizədliyi irəli sürülüb, lakin hələlik rəsmi açıqlama verilməyib.
Çarlz Braun, öz növbəsində, ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənəcəyi təqdirdə BQRK rəhbəri postunda general Mark Millini əvəz edəcək.
Oxşar xəbərlər
ABŞ ilk dəfə Rusiyaya qadın səfir göndərir - FOTO
ABŞ Konqresinin Senatı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib. Bununla da rəsmi Vaşinqton ilk dəfə olaraq Moskvadakı diplomatik korpusun...