Baş Qərargah rəisi Qazaxıstanda "Altın Kıran - 2024" təliminin taktiki epizodunu izləyib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonuna gəlib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.
Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edilib ki, "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Qalereya
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...