Baş Prokurorluqdan ANS-ə şad xəbər - BƏRAƏT VERİLDİ

Baş Prokurorluqdan ANS-ə şad xəbər - BƏRAƏT VERİLDİ
Siyasət 2717
ANS-ə tam bəraət verildi.BAKU.WS xəbər verir ki, bu barədə ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev sosial şəbəkədə məlumat verib:“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə Tam Bəraət qazandıran məktub aldıq.Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən ölkəmizin prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!”Zülfiyyə Qurbanova

Oxşar xəbərlər

Donald Tramp Azərbaycan prezidentinə məktub göndərib

Donald Tramp Azərbaycan prezidentinə məktub göndərib

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. BAKU.WS-in məlumatına görə, məktubda deyilir: "Hörm...

3007 Siyasət 19:46 29 iyun 2017

Son xəbərlər