Baş prokurordan YENİ TƏYİNAT
18
fev
2020
16:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Əmrə əsasən, baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb.
O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.
Oxşar xəbərlər
Əfv edilən məhbusların - ADLARI, TAM SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısı sərəncam imzalayıb.Sərəncamda deyilir: Azərbaycan Xa...