Baş nazirin müavini deputata cavab verib
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Nazirin müavini Şahin Mustafayev Milli Məclisin üzvü Aydın Mirzəzadənin Mingəçevirin suvarma problemi ilə bağlı məktubuna cavab verib.
BAKU.WS xəbər verir ki, cavab məktubunda deyilir:
"Mingəçevir şəhərində kənd təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarının həyətyanı sahələrin, parkların, xiyabanların, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələri ərazisindəki yaşıllıqların suvarma suyu ilə təmin edilməsi barədə müraciətinizə Nazirlər Kabinetində baxılıb. Mingəçevir şəhərinin coğrafi mövqeyi və su ehtiyatlarının mövcudluğu nəzərə alınaraq, şəhərin suvarma suyu ilə təchizatı məqsədilə köhnə su şəbəkəsindən və istismarından çıxarılan polad borulardan istifadə imkanları öyrənilməklə içməli su təchizatı şəbəkəsindən ayrılıqda müstəqil suvarma şəbəkəsinin yaradılması məsələsinə baxılaraq, Mingəçevir şəhərinin suvarma suyu ilə təchizatının həyata keçirilməsinə dair təkliflərin təqdim edilməsi barədə aidiyyəti qurumlara tapşırıq verilib.
Təkliflər təhlil edildikdən sonra İqtisadiyyat Nazirliyinin rəyi əsas götürülərək şəhərdaxili suvarma sisteminin layihəsinin hazırlanması və yenidən qurulması məqsədə uyğun hesab edilib".
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...