Baş nazirdən mühəndis-axtarış işləri barədə QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatın sifarişçiyə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzinə təqdim ediləcəyi müddət bəlli olub.
BAKU.WS xəbər verir ki, bununla bağlı “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişiklik edilib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, həmin hesabat axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və Mərkəzə təqdim edilməlidir.
Sənədin əvvəlki variantında Mərkəz şəhərsalma və tikintiyə dair normativ sənədlərinə uyğunluğuna dair rəy verildikdən sonra işlər başa çatmış hesab olunurdu.
Yeni qərarla isə bu bənd ləğv edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...