Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinətindən BAKU.WS-ə verilən məlumata görə, məktubda bildirilir ki, terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.
Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik.
Baş nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...