Baş nazir Əli Əsədov Minskə işgüzar səfərə gedib
03
iyn
2024
16:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfərə gedib.
BAKU.WS xəbər verir ki, "Minsk" milli aeroportunda Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Respublikasının Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında iştirak edəcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...