Baş katib: “Gətirdiyimiz yüklər Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”

Baş katib: “Gətirdiyimiz yüklər Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”
Siyasət 2

“Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı danışarkən bildirib.

O bildirib ki, artıq dörd gündür Ağdam-Xankəndi yolunda gözləyirlər və danışıqlar davam edir:

“Hazırda müvafiq cavab gözləyirik. Hər hansı bir nəticə olan zaman məlumatı sizinlə bölüşəcəyik. Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.

Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.

Son xəbərlər