Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumun Mətbuat xidmətindən BAKU.WS-ə daxil olan xəbərdarlıqda deyilir:
"Son zamanlar ölkə ərazisində yanğın hadisələrinin sayı artıb. Ağaclıq və taxıl sahələrində, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi baş vermiş hadisələrə əsas səbəblərdəndir.
Xəbərdarlıq! Bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!"
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...