Baş nazir: "Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə töhfə verməkdədir"
Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib.
BAKU.WS Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"O cümlədən, təsdiq etdiyimiz Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir. 2024-cü ilin 8 ayında orta illik inflyasiya 1,3 %, illik inflyasiya isə 3,5 % olub.
Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri olacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
"Qafqaz qartalı - 2026" hərbi təlimi nəyə hesablanıb? - Üç ölkənin verdiyi mesaj
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının Tbilisi yaxınlığındakı Muxrovani bazasın...