Baş nazir Əli Əsədov İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 31-də İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvanla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə iki qardaş ölkə arasında müxtəlif sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, eləcə də azad olunmuş ərazilərin biznes və investisiya imkanları barədə bəhs olunub.
Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyəti, o cümlədən azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə iştirakı qeyd edilib.
Görüş zamanı Azərbaycanın müvafiq strukturları ilə İstanbul Sənaye Palatası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...