Banqladeşdə yeməyin içindən tük tapan ər arvadının başını keçəl qırxdı - FOTO
10
okt
2019
15:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Banqladeşdə yeməyinin içindən tük tapdığı üçün arvadının başını keçəl qırxan ər həbs olunub.BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. Məlumata görə, kənd sakinlərinin şikayətindən sonra polis zorakılıq edən şəxsi yaxalayıb. Yerli polis rəisi Şariar Xan bildirib ki, ər arvadı tərəfindən düyü və südlə hazırlanmış səhər yeməyində tük tapıb: "O, bundan hirslənib və ülgüclə arvadının başını zorla qırxıb".Qeyd edək ki, arvadına qarşı bu zorakılığı edən şəxsi 14 ilə qədər həbs cəzası gözləyir.
Oxşar xəbərlər
Erməni boksçu arvadına kəllə vurub
Əslən erməni olan amerikalı boksçu Vanes Martirosyan arvadına qarşı zorakılıq etdiyi üçün saxlanılıb.BAKU.WS xəbər verir ki, hadisə Kaliforniya ştatının Qlendey...