Polis arvadının başını qırxaraq videoya çəkən ərin məsələsini nəzarətə götürdü - VİDEO

Polis arvadının başını qırxaraq videoya çəkən ərin məsələsini nəzarətə götürdü - VİDEO
Video
Hadisə 15297
Sosial şəbəkələrdə ərin arvadını biabır etməsilə əlaqədar yayılan video görüntülərlə bağlı araşdırmalar aparılacaq.Bu barədə hüquq-mühafizə orqanlarından BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, heç bir vətəndaşın kiminsə şərəf və ləyaqətini təhqir etməyə ixtiyarı yoxdur. Əgər bununla bağlı şikayət daxil olarsa, mütləq həmin hərəkəti edən şəxs qanun qarşısında məsuliyyət daşıyır. Bildirilib ki, həmin video ilə bağlı aparılacaq araşdırmalardan sonra məsələyə tam aydınlıq gətiriləcək. Qeyd edək ki, Azərbaycanda ər ona xəyanət edən arvadının görüntülərini paylaşıb. Videodan da göründüyü kimi kişi deyir ki, həyat yoldaşını başqa birisi ilə tutub. Bu səbəbdən də kişi arvadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib. Daha ətraflı məlumat üçün xəbəri buradan oxuyun. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər