BAKU.TV əməkdaşı Ukraynadan xəbər verir: “Kiyev raket atəşinə məruz qalıb” - VİDEO

BAKU.TV əməkdaşı Ukraynadan xəbər verir: “Kiyev raket atəşinə məruz qalıb” - VİDEO
Video
Siyasət 49

Ukraynada müharibə davam edir.

BAKU.TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov son məlumatları çatdırıb.

O bildirib ki, son vaxtlar əks-hücumu artıran Ukrayna ordusuna qarşı Rusiya Silahlı Qüvvələri istər Xerson, istərsə də Xarkov istiqamətində ağır artilleriyadan daha çox istifadə edirlər.

“Hətta söyləyirlər ki, əks-hücuma cavab olaraq ötən gün Kiyevdə Dnepr çayının sol sahilindəki ərazilər beş dəfə raket atəşinə məruz qalıb. Nəticədə zavoda və bir neçə yaşayış evinə ciddi zərər dəyib”, - deyə qeyd edilib.

O da bildirilib ki, hazırda Ukrayna-Rusiya cəbhəsində ən gərgin nöqtələr Nikolayev və Zaporojye istiqamətləridir.

Son xəbərlər