Baku TV əməkdaşı Ukraynadan xəbər verir: Xarkovda azərbaycanlı həlak olub - VİDEO

Baku TV əməkdaşı Ukraynadan xəbər verir: Xarkovda azərbaycanlı həlak olub - VİDEO
Video
Siyasət 81

Ukraynada müharibə davam edir.

BAKU.WS xəbər verir ki, Baku TV-nin Şərqi Avropa bürosunun bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Jitomir vilayətindən son məlumatları çatdırıb.

O bildirib ki, Kiyev, Jitomir və Çerniqov vilayətlərinə iyunun 15-dən etibarən hücum olacağı barədə ictimaiyyət arasında məlumatlar yayılıb.

Həmçinin qeyd edilib ki, üç gün əvvəl Xarkov vilayətində azərbaycanlı Elşad Məmmədov atışma nəticəsində həlak olub. Onun hansı şəraitdə öldürüldüyü hələ ki məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər