Bakıya yönələn kurs: Aİ-nin siyasəti necə dəyişir?

Bakıya yönələn kurs: Aİ-nin siyasəti necə dəyişir?
Video
Siyasət 23

Geosiyasi proseslər nadir hallarda yalnız bəyanatlarla idarə olunur - əksinə, onları konkret atılan addımların məntiqi daha aydın nümayiş etdirir. Məhz bu baxımdan, Avropa İttifaqı Şurası rəhbərinin səfərinin ardınca Avropa Komissiyası rəhbərinin Azərbaycan paytaxtına gəlişini, sadəcə, növbəti protokol tədbiri deyil, Brüsselin strateji xəttində baş verən dəyişikliyin təsdiqi kimi dəyərləndirmək lazımdır.

BAKU.WS xəbər verir ki, bu barədə "Caliber"in hazırladığı videomaterialda qeyd olunub.

Bildirilib ki, Avropa İttifaqı uzun müddət ərzində Qarabağ münaqişəsi tərəflərindən "bərabər məsafədə qalmaq" modelini tətbiq edib və regiona iki dövlət arasında tarazlığın qorunması prizmasından yanaşırdı.

"Lakin Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən və Ermənistanla sülh müqaviləsi bağlamaq təşəbbüsü ilə Cənubi Qafqazda yeni təhlükəsizlik strukturunun təməlini qoyduqdan sonra həmin məntiq öz aktuallığını itirdi. Artıq "kimin haqlı olması" ilə bağlı ənənəvi sual başqa bir reallıqla əvəzlənib: yeni formalaşan regional sistemin - nəqliyyat, enerji və siyasi sabitliyin davamlılığına real olaraq kim zəmanət verə bilər", - deyə süjetdə qeyd olunub.

Son xəbərlər