Bakıda Zəfər muzeyi və memorial kompleks bu ərazidə olacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək.
Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan boş ərazidə yeni park salınır ki, muzey və kompleks də həmin parkda qurulacaq. Artıq bir neçə gündür ki, işlərə start verilib və Vətən müharibəsində ələ keçirilmiş düşmənin hərbi texnikaları əraziyə gətirilib.
İlkin ehtimallara görə, hərbi texnikalar açıq havada Bakı sakinləri və qonaqlar üçün nümayiş olunacaq.
Xatırladaq ki, dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.
Qalereya
Oxşar xəbərlər
Zəfər muzeyi və memorial komplekslə bağlı işlərə başlanıldı - RƏSMİ
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. BAKU.WS xəbər...