Bakıda Yunanıstanın Milli Günü qeyd edilir
02
apr
2024
22:49
Bakıda Yunanıstanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir.
"Report" xəbər verir ki, tədbirdə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias, fəxri qonaq qismində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edir.
Tədbirin rəsmi hissəsinin açılışında simfonik orkestrın müşayiətində Azərbaycan və Yunanıstanın dövlət himnləri səsləndirilib.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...