Bakıda xarici işlər nazirlərinin görüşü keçirilir

23
okt
2019
10:45
Bu gün Bakıda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.BAKU.WS xəbər verir ki, görüş zamanı Bakı sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.Hazırlıq görüşünə sədrliyi Elmar Məmmədyarov edir. Görüşün gündəliyi qəbul edilib.Görüşdə E.Məmmədyarov bildirib ki, sədrliyi dövründə Azərbaycan qurumun dəstəklədiyi prinsipləri təbliğ edəcək.Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.
Oxşar xəbərlər
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfər edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi m...
