Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Quru Qoşunlarının "N" hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Tərəflər, həmçinin ölkəmizin NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində qurulan əlaqələrinin cari vəziyyətini təhlil edib, perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasın...