Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifəyə TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib.
Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru Ayaz İmaməliyev sözügedən vəzifəyə gətirilib.
Qeyd edək ki, Elman Fətiyev buna qədər Bakı Şəhər Ekspertiza Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...