Bakı hava limanında təyyarələrdə mobil operatorların xidmətləri dayandırıldı

Bakı hava limanında təyyarələrdə mobil operatorların xidmətləri dayandırıldı
Siyasət 1647
Azərbaycanın mobil operatorları tərəfindən təyyarələrdə xidmətlərin göstərilməsinin dayandırılmasına səbəb Binə qəsəbəsində yaşayan abunəçilərin SIM kartlarının təyyarələrin göyərtəsindəki şəbəkə qurğularına avtomatik qoşulması problemi ilə bağlıdır. BAKU.WS-in məlumatına görə, bunu “Trend”ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.Məlumatda qeyd olunur ki, bu problemlə əlaqədar olaraq hava limanı yaxınlığında yaşayan abunəçilər zəngləri göyərtədəki qurğulara uyğun olaraq yüksək rouminq tarifləri ilə edirdilər:“Göyərtə qurğularının siqnalı o qədər güclüdür ki, bütün Binə qəsəbəsinin ərazisini əhatə edir. Ona görə də sakinlər tez-tez operatorlara şikayət edirdi. Bunları nəzərə alaraq, təyyarədə mobil xidmətlərin göstərilməsi dayandırılıb".Qeyd edək ki, bundan əvvəl yerli mobil operatorlar 30 aviaşirkətə məxsus təyyarələrdə xidmət göstərirdi.BAKU.WS

Oxşar xəbərlər

"Azercell"dən problemlə bağlı xəbərdarlıq

"Azercell"dən problemlə bağlı xəbərdarlıq

Azərbaycanın bəzi şimal bölgələrində və Abşeron yarımadasının şimal hissəsinin bəzi ərazilərində telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən qurğulard...

6426 Sosial 10:05 30 noyabr 2017

Son xəbərlər