Azərbaycanın ən yaşlı seçicisi səs verib
11
apr
2018
10:30
Azərbaycanın ən yaşlı seçicisi səs verib."Report"un Qarabağ bürosu xəbər verir ki, üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva deyib ki, 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 17 kötücəsi var. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. O, səsverməyə ailə üzvləri ilə birgə gəlib: "Qabaqcıl qpambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 124yaşda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram"Qeyd edək ki, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1136-nin yaşı 80-100 arası, 10 seçicinin yaşı isə 100-dən yuxarıdır.BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev səs verib
Aprelin 11-i müasir müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür.AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən B...