Azərbaycanın Müdafiə naziri BMT-nin toplantısında iştirak edib (FOTO)
29
mar
2019
20:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da işgüzar səfərə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edib.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşlərin davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyan toplantıda beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığa nail olunması və digər məsələlər müzakirə olunub.Toplantıda, həmçinin sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılmasına, qəbul edilən qərarların icrasına dərhal başlanılmasına, BMT sülhməramlılarının gələcək təminatına və təlimlərinə, münaqişə zonalarında mülki əhalinin, xüsusilə qadın və uşaqların qorunmasına dair fikir mübadiləsi aparılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Pakistan İslam Respublikasının müdafiə naziri Pervez Xattaq arasında görüş keçiril...