Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22
mar
2019
13:08
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Pakistan İslam Respublikasının müdafiə naziri Pervez Xattaq arasında görüş keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, P.Xattaq ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu söyləyib. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı nazir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.General-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək bunun xalqlarımızın iradəsindən qaynaqlanan tərəfdaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, həmçinin maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 4-də Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi n...