Azərbaycandan Qarabağa qanunsuz səfər edən turistlərlə bağlı RƏSMİ açıqlama (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə getmiş turistlər haqqında məlumat verib.
XİN-in mətbuat xidmətinin rəhbəri BAKU.WS-ə bildirib ki, həmin turistlərin vətandaşlığı araşdırılacaq:
"Ümumiyyətlə Azərbaycanın işğal olunmuş ərazilərinə turist kimi getmək qeyri-mümkündür. Məsələ ilə bağlı araşdılırılıb məlumat veriləcək. Həmin turistlərin vətəndaşlığı öyrənilib ölkələrinə məlumat veriləcək. Həm də ola bilsin ki, bu ermənilərin növbəti təxribatıdır”.
Qeyd edək ki, Rusiyalı turistlər Kəlbəcər rayonuna tur təşkil ediblər. Turistlər Qarabağa motosiklətlə gediblər. Videoda isə erməni dilində "Qarabağ” adlı mahnı ifa olunub. Rusiyalı turistlər qalacaq və qidalanmağa yer axtarıblar.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
Rusiyalı turistlər Kəlbəcərdə (VİDEO)
Rusiyalı turistlər Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə tur təşkil edib. BAKU.WS-in məlumatına görə, turistlər Qarabağa motosiklətlə gediblər. Videoda...