Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı
Siyasət 1855

 

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. 

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüzi bahalaşıb. Avropanın vahid valyutası 1,1117-dən 1,1156 AZN-ə yüksəlib.  

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0513-dən 1,0511 AZN-ə geriləyib. 

Rusiya rublu da ucuzlaşıb. Rubl 0,0159-dan 0,0158 AZN-ə düşüb.  

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dollarda rekord məzənnə (CƏDVƏL)

Dollarda rekord məzənnə (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüz...

2353 İqtisadiyyat 10:03 01 dekabr 2015

Son xəbərlər