Azərbaycan və Ermənistan ordusunun əsas fərqi (FOTO, VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan hərbçilərinə cəbhədə yaradılan şərait müqayisə olunub.
BAKU.WS-in məlumatına görə, təqdim olunan foto materiallarda azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində "yaşayışı üçün" yaradılmış şərait əks olunub. Tərifi "göylərə sığmayan Ermənistan ordusunun" necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur.
Fərq müqayisə zamanı daha aydın görünür. Təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir.
Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.
Ermənistan silahlı qüvvələrinin əsgər yataqxanaları:Azərbaycan Silahlı Qüvvələrinin əsgər yataqxanaları:
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyindən ermənilərə sərt cavab: "Hamısı saxtadır"
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib. N...