Azərbaycan prezidenti NATO Şimali Atlantika Şurasının görüşündə iştirak edib
12
iyl
2018
22:48
Bu gün Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub.BAKU.WS-in xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev NATO-nun yeni mənzil-qərargahında keçirilən görüşdə iştirak edib.Dövlət başçısı toplantıdan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.Prezident İlham Əliyev Şuranın görüşündə çıxış edərək, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələrinin regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynadığını qeyd edib.“2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” Əfqanıstanda tətbiq olunur.Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib.Ötən il Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib”, - deyə prezident qeyd edib.Azərbaycan prezidenti çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub: “Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır.Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək”.Daha sonra prezident İlham Əliyevin Brüsselə səfəri başa çatıb.BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov NATO-nun toplantısında iştirak edib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 8-də Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən d...