Azərbaycan Prezidenti ilə Türkiyə baş nazirinin görüşü olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının baş naziri Binəli Yıldırımın fevralın 18-də Münxendə görüşü olub.
BAKU.WS xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.
Türkiyənin baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Binəli Yıldırımla görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub. BAKU.WS xəbər ve...