"Azərbaycanlıların yaşamaq hüququnu pozduğuna görə Ermənistanın kompensasiya ödəməsini təmin etmək vacibdir" - RƏY

"Ermənistanın azərbaycanlıların yaşamaq hüququnu pozduğunu tanıtmaq və həmin şəxslərin ailələrinə kompensasiya ödənilməsini təmin etmək vacibdir".
BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib.
O, Azərbaycan hökumətinin bir neçə istiqamətdə Avropa Məhkəməsinə müraciət etdiyini vurğulayıb:
“Bir neçə ay əvvəl belə bir məlumat yayılmışdı ki, Azərbaycan hökuməti Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi barədə Avropa Məhkəməsinə müraciət edib. Məhkəmə də Ermənistan hökumətinin üzərinə öhdəlik qoyub ki, xəritəni versin. Ancaq faktiki olaraq həmin verilən xəritə reallığa uyğun deyil, saxtadır”.
Ə.Mustafayev bildirib ki, Azərbaycan ərazisinə minalar yerləşdirməsi ilə bağlı Ermənistana qarşı yenidən iddialar qaldırmaq olar.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlının Ermənistanın basdırdığı minaların qurbanı olduğu barədə məlumat paylaşıb. O həmçinin Ermənistan və Qarabağdakı qeyri-qanuni marionet xunta rejiminin həmin ölkədə istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
