Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib
Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb.
G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan - Odessanın prokuroru, 2015-ci ilin dekabrından - Odessa vilayəti prokurorunun müavini postunu tutub.
Ukrayna hökuməti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.
2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.
Oxşar xəbərlər
Ötən ay dövlət sərhədində 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub
Ötən ay dövlət sərhədində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildiril...