Azərbaycanlı Nyu-York meriyasında yüksək vəzifəyə təyin olundu - FOTO

09
yan
2022
10:33
ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.
Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adams komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.
Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.
Qalereya
Oxşar xəbərlər
Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirilib, Azərbaycan və ABŞ bayraqları ucaldılıb - FOTO
ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər avtoyürüşü keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məl...