Azərbaycanlı modellə eks-deputat arasında Bodrumda dava - "Çıxın, gedin məmləkətinizə!" - VİDEO

Azərbaycanlı modellə eks-deputat arasında Bodrumda dava - Çıxın, gedin məmləkətinizə! - VİDEO
Video
Siyasət 954

Məşhur iş adamı və keçmiş CHP millət vəkili Aydın Ayaydın Azərbaycan və Dubayda sərmayələri ilə ad çıxaran azərbaycanlı model Diana Əhədpurla çimərlikdə dava edib.

BAKU.WS Sabah-a istinadən xəbər verir ki, hadisə Diana Əhədpurun 6 yaşlı oğlunun dənizdə çimərkən ətrafa su sıçratmasına görə yaranıb.

Diana Əhədpurun 6 yaşlı oğlunu dənizə girərkən ətrafa su sıçratması Aydın Ayaydın əsəbləri pozulub. Daha sonra o, balaca oğlanın üstünə qışqırıb. Balaca oğlan ağlaya-ağlaya anasının yanına gedib və hər şey bundan sonra başlayıb. Ardınca Diana Aydın Ayaydının yanına gedərək "Niyə uşağıma qışqırıb ağlatdın? Yanıma gəlib mənə deyərdin, niyə uşağımı qorxudursan?" deyib.

Bu zaman akademik, siyasətçi iş adamı Ayaydın Diana Əhədpura doğru gələrək "Gedin buradan! Doğma şəhərinizə gedin!" deyə qışqırıb və model xanımın ünvanına nalaiq ifadələr səsləndirib. Baş verənlərdən heyrətlənən ətrafdakılar araya girib onu sakitləşdirməyə çalışsalar da, fayda verməyib.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər